|
Bacısı qızına aşiq olan Hitler

1932-ci ildən bəri Almaniyada yaratdığı totalitar rejimlə yanaşı, faşizmin və milliyyətçiliyin yüksəlməsini də təmin edən Hitler... Eyni dildə danışan bütün almanları bir dövlət adı altında toplayan və minlərlə insanın qətlində məsul olan faşizmin banisi yenə Hitler (1889-1945).

Hitlerin bacısı Angela Raubalın (1883-1949) kiçik qızı Geli Raubal (1908-1931) Hitlerin bacısı qızı olsa da, həm də 1925-ci ildən etibarən dayısının evində xadimə işləyib. Geli Hitler ilə vaxt keçirir, onunla oxuduğu kitablar haqqında müzakirələr aparırdı.

Hitler vaxt ötdükcə 17 yaşlı qıza qarşı başqa münasibət duyduğunu hiss edir. Hətta 1927-ci ildə Hitlerin xüsusi sürücüsü olan Emil Maurice ilə Geli arasında sevgi münasibəti olduğunu və evlənmək istədiklərini öyrənəndə ikisini də öldürməklə hədələyir. Sonra isə Emili vəzifəsindən azad edir. Hətta Emilin yəhudi mənşəli olduğu və Hitlerin də bundan xəbərdar olduğu deyilir.

Zaman ötdükcə Hitlerlə yaşamaq Geli üçün işgəncəyə çevrilib. Dayısı haqqında “Dayımın mənə necə qorxunc şeylər təklif etdiyini, nələr söylədiyini bilsəniz, ondan qorxardınız” deyib.

Geli Hitlerlə yaşadığı evdən qaçmaq məqsədiylə 1931-ci ildə Linz şəhərində həyatını davam etdirən skripkaçı ilə nişanlanmaq istədiyi, lakin Hitlerin buna da mane olduğu məlumdur. Amma Gelinin düşdüyü bu ümidsizlik 18 sentyabr 1931-ci ildə Hitlerin evində başına dəymiş güllədən sonra cansız bədəninin tapılması ilə nöqtələnib. İntihar etdiyi düşünülən Gelinin sadəcə 23 yaşı olub. Bəzi tarixçilər qızın keçirdiyi ağır depressiyalar nəticəsində intihar etdiyini və bunu dövrün polis sənədlərində də yer aldığını müdafiə edir. Tarixçilərin bir hissəsi bu hadisənin cinayət yoxsa intihar olduğunun hələ də müəyyən edə bilməyib.

Hazırda hələ də müzakirə edilən bu hadisə Hitlerin həyatında dərin iz qoyan Eva Braunla (1912-1945) Gelinin bənzərliyinə diqqət çəkir. Maraqlı olan nüans isə Geli öləndən sonra Hitler Emili bağışlayıb və yenidən işinə qaytarıb. Hətta Emilə faşist partiyasının “Şərəf üzvü” adını da verib. Geli Raubal isə sirli ölümü ilə tarixin tozlu rəflərində itib.