|
Paltara görə rəng dəyişdirən ayaqqabı gəlir-

Rəng dəyişdirən paltardan sonra indi də rəng dəyişdirən ayaqqabı hazırlanır.

Litva mərkəzli “iShüu Technologies” şirkəti dünyanın ilk rəng dəyişdirən ayaqqabısını bazara çıxarmağa hazırlaşır. İstehsalında elektron mürəkkəbdən istifadə edilən ayaqqabı mobil telefondan idarə olunacaq və bir düymə ilə rəngi dəyişəcək.

Ayaqqabının qiymətinin 249 dollardan başlayaraq satılacağı bildirilib.