|
Bu dəmiryolu layihəsinin sürətləndirilməsinə 42,8 milyon dollar ayrılıb

İran Milli Bankı Ərdəbil dəmiryolunun inşasına 7,5 trilyon rial (təxminən 178 milyon dollar) vəsait ayırıb. İndiyədək bu məbləğin 1,8 trilyon rialı (təxminən 42,8 milyon dollar) ödənib.

Trend-in məlumatına görə, bunu İranın Milli Bankının icra direktoru Məhəmməd Rza Hüseynzadə deyib.

 

Onun sözlərinə görə, bu məbləğin 800 milyard rialı (təxminən 19 milyon dollar) cari ilin 7-ci ayında, 1 trilyon rialı (təxminən 23,8 milyon dolları) isə ötən gün əlaqədar şirkətin hesabına ödənilib.

Hüseynzadə əlavə edib ki, Ərdəbil dəmiryolu layihəsi üçün lazımi vəsait iş prosesinə əsasən ödənilir və 3-cü ödəniş isə 12-ci ayda podratçı şirkətin hesabına ödənəcək.