|
Sabirabadda 4 otaqlı ev yanıb

Sabirabadda 4 otaqlı ev yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Çöl Ağaməmmədli kəndində ümumi sahəsi 190 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 35 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.