|
Qaxda ikimərtəbəli 5 otaqlı ev yanıb

Qax rayonunun Baydarlı kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

 

Trend-ə FHN-dən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.