|
Tanınmış yumorist vəfat etdi

Tanınmış yazıçı-yumorist Arkadi Arkanov vəfat edib. 

82 yaşlı yazıçı Moskvada xəstəxanalarının birində dünyasını dəyişib. 

Ölümündən 1 həftə əvvəl o, şiddətli onkoloji ağrılar səbəbilə xəstəxanaya yerləşdirilmişdi. 

Arkadi Arkanov 1933-cü il iyunun 7-də Kiyevdə doğulub. 20-dən çox kitabın, televiziya filmlərinin ssenari müəllifi olub. Onun pyesləri Moskva Satira Teatrında səhnəyə qoyulub. O, həmçinin bir neçə populyar televerilişin də aparıcısı olub.