"Roma" İtaliya A seriyasında növbəti oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, komanda 18-ci turda "Sassuolo"nu qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
"Roma" - "Sassuolo" - 3:1
Qollar: Dieqo Perotti, 8-pen (1:0), Patrik Şik, 23 (2:0), Nikolo Zaniolo,59 (3:0), Babakar, 90 (3:1)
Qeyd edək ki, turnir cədvəlinə 50 xalla "Yuventus" başçılıq edir. "Napoli" 41 xalla 2-ci, "İnter" 33 xalla 3-cüdür. "Roma" isə 27 xalla 7-ci pillədə qərarlaşıb.
