|
Buffon PSJ-də qalır

PSJ qapıçısı Canluici Buffonla yeni müqavilə imzalayacaq.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Paris klubu italiyalı qolkiperlə 2019-cu ilin iyununda başa çatacaq müqavilənin uzadılması ilə bağlı bəndi aktivləşdirməyə qərar verib.

 

Qeyd edək ki, Buffon bu mövsüm Fransa çempionatında 8 matçda qapısından 4 top buraxıb.