|
Erbili keçmiş sevgilisinin qohumları döyüb?

Xəbər verdiyimiz kimi, aparıcı Mehmet Ali Erbil bir neçı aydır xəstəxanadadır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onun haqda yeni iddialar yayılıb. Məlumata görə, Erbili keçmiş sevgilisinin qohumları döyüb. Şoumenin vəziyyəti də bundan sonra pisləşib.

Lakin aparıcının bacısı Yeşim Erbil deyilənlərin yalan olması haqda açıqlama verib.

Qeyd edək ki, Mehmet Ali yaşadığı evin hamam otağında yıxılıb. Bu zaman qabırğaları sınıb.