|
Qaxda minik avtomobili ağaca çırpılıb və alışıb

Qaxda yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Əmircan kəndində "Mercedes" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.