|
Bakı yeni il səyahətləri üçün MDB-nin ən yaxşı şəhərləri sırasında yer alıb

Minsk, Bakı və Astana Rusiya vətəndaşlarının yeni il səyahətləri üçün MDB-nin ən yaxşı şəhərləri seçiliblər.

Trend-in "TurSat"a istinadən verdiyi məlumata görə, MDB şəhərlərinin reytinqi 2018-2019 illərinin qış fəslində turist səfərlərinin analizi nəticəsində təqdim edilib.

 

Dağ-xizək kurortları arasında Belarusun Loqoysk və Siliçi, Azərbaycanın Şahdağ və Tufandağ, Qazaxıstanın isə Çimbulağ kurortları seçiliblər.