|
Bakıda 81 saylı marşrut üzrə yeni avtobuslar fəaliyyətə başladı

Bakıda 81 saylı (Köhnə Günəşli-Qaraçuxur) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti yeni avtobuslarla təşkil edilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

 

O bildirib ki, qarşıdakı aylarda digər, xüsusən də sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də analoji addımlar atılacaq.