Cəlilabad rayonunda baş verən ağır yol qəzası nəticəsində ölən şəxsin adı məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, bu, rayonun Ağdaş kənd sakini, 1997-ci il təvəllüdlü Niftullayev Orxan Üzeyir oğludur.
Məlumata görə, yol qəzası rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb. Belə ki, "Ford" markalı avtomobil motosikletə çırpılıb. Hadisə nəticəsində motosikletin sürücüsü O.Niftullayev ölüb. "Ford"un sürücüsü isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
