Ukrayna millisinin üzvü Yevgeni Seleznyov “Qalatasaray”a keçməyə yaxındır.
Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, İstanbul klubu “Akhisar”ın hücumçusu ilə razılığa gəlib.
Transferin yanvar ayında rəsmən açıqlanacağı bildirilir.
Qeyd edək ki, 2016-cı ilin dekabrından “Akhisar”da çıxış edən 33 yaşlı futbolçu bu mövsüm 11 oyuna 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
