|
Rihanna milyarder sevgilisi ilə bir arada

Müğənni Rihanna ayrıldığı deyilən milyarder sevgilisi Hassan Cəmillə görüntülənib. Bahalı bir restoranda görüşən cütlük eşqlərini hamıdan gizli saxlamağa üstünlük verir.
Gec saatlarda məkandan çıxan Rihanna və Hassan paparazzilərə tuş gəlməmək üçün oranı tək-tək tərk ediblər. Daha sonra ikili onları gözləyən avtomobilə minərək ərazidən uzaqlaşıb. 

Qeyd edək ki, 2012-ci ildə Lina Lazardan boşanan Cəmil ondan sonra məşhurlarla münasibətdə olub. Rihannadan öncə Səudiyyə Ərəbistandan olan milyarder model Naomi Kempbellə sevgili imiş.