Aktyor Furkan Andıç ötən gün kameraların hədəfinə tuş gəlib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sevgilisindən yeni ayrılan Furkan başqa qadınla görüntülənib. Dodaq-dodağa çəkilən fotoları yayılan ikili məkandan çıxarkən fotoqrafları görüb. Andıç ona verilən sualları cavablandırıb.
Aktyor “Səhv anlamısınız. Sevgili deyilik. dostumdur” sözlərini deyib.
Qeyd edək ki, Furkan aktrisa Dilan Çiçek Denizlə eşq yaşayırdı. 

