|
Xırdalanda qadın binadan yıxılaraq ölüb

Ötən gün Xırdalanda bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, Xırdalan şəhərində orta yaşlı qadın ehtiyatsızlığın qurbanı olub.

 

Pəncərəyə çıxaraq təmizlik işləri görərkən qadın binadan yıxılaraq yerə düşüb. Ciddi xəsarətlər alan qadın elə həmin yerdə dünyasını dəyişib.