|
Boçarnikov: Rusiya Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirir

Rusiya Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.

Diplomat bildirib ki, bu il strateji tərəfdaşlığın möhkəmləndiyi müşahidə olundu: "Əməkdaşlığın bütün sahələrində fəallaşma var".