|
OPEK+ bazarda balans üçün neft hasilatını daha çox azalda bilər

OPEK+ ölkələri daha əvvəl səsləndirilən yeni neft hasilatı üzrə qərarı diqqətlə nəzərdən keçiriblər, lakin zəruri olduqda alyans sazişin fəaliyyət müddətini uzada bilər və ya neft hasilatını daha çox azalda bilərlər.

Trend-in məlumatına görə, bu sözləri OPEK-in prezidenti, BƏƏ-nin energetika naziri Suheyl əl-Mazrui deyib.

 

S. əl-Mazrui bildirib: "Əgər qərarın daha 6 ay müddətinə uzadılması lazım olarsa, biz bunu edəcəyik, əgər daha çox azaltmaq lazım olarsa - biz həmişə müzakirə edirik və düşünülmüş qərara gəlirik".