ABŞ-ın Pensilvaniya ştatındakı Filadelfiya şəhəri sakini özünün qeyri-adi peşəsi barədə danışıb. O, professional şəkildə insanları qucaqlamaqla məşğul olur və buna görə ildə 55.5 min dollar qazanır. 24 yaşlı Sesiliya Baez öz müştərilərini sosial şəbəkə vasitəsilə tapır. Həftə ərzində o, bu işə 15 saatını sərf edir, bir saatlıq qucaqlama seansına 80 dollara yaxın pul alır. Toxunmadan əlavə, o, yad insanlarla hərdən həyatın çətinlikləri barədə danışır.
Qız professional “qucaqlayanların” komandasında çalışır. Müvafiq xidmətlər göstərən kampaniyanın ştatında 400 nəfər əməkdaş var. Onlar da bu istiqamətdə təhsil alırlar. “Mənim işimin yeganə mənfi cəhəti - daha çox qucaqlamanın qeyri-mümkünlüyüdür. Mən insanların hərəkətlərini daha da gözəlləşdirməyi sevirəm və onları həyatlarını dəyişdirməyə itələyirəm. Bu, məni də dəyişdirir - mən bu seansları da həyatı dəyişdirməyin üsullarından biri hesab edirəm”.
Qızın ailəsi onun bu hərəkətlərini tamamən dəstəkləyir. Özü isə bu işi arzularının işi hesab edir.
