"Taxt oyunları" ("Game of Thrones") serialının "Khal Drogo"su, aktyor Cason Momoa qatıldığı tədbirlərdən birində maraqlı açıqlama verib.
Məşhur aktyor ilk dəfə uzun saçlarını kəsdirməməsinin səbəbini deyib.
O bildirib ki, saçlarını kəsdirsə, arvadı Lisa Bonet onu tərk edər.
Qeyd edək ki, 39 yaşlı aktyorun 51 yaşlı Lisadan 11 yaşlı qızı və 10 yaşlı oğlu var. Onlar 2005-ci ildə Nyu-Yorkda tanış olublar. 

