|
Sumqayıtda 20 yaşlı qızın yaşadığı evdə meyiti aşkarlandı

Sumqayıtda gənc qız yaşadığı evdə ölü tapılıb.

Trend-in məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Dövlətzadə Günel Əlibaba qızının meyiti yaşadığı evin hamamında aşkar edilib.

G.Dövlətzadənin hansı səbəbdən öldüyü məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.