|
Göygöldə yük maşını alışıb yanıb

Göygöldə yük maşını alışıb yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “Shacman" markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.