|
"Brent" markalı neftin qiyməti 57 dollardan da aşağı düşüb

"Brent" markalı Şimal dəniz neftinin 1 barelinin qiyməti 20 oktyabr 2017-ci il tarixindən bu günədək ilk dəfə olaraq 57 dollardan aşağı düşüb.

Trend-in məlumatına görə, bu, keçirilən hərracların nəticəsində məlum olub.

 

"Brent" neftinin fevral fyuçerslərinin qiyməti 1 barelə görə 56,97 dollara qədər azalıb.