|
Ərdoğan və Davudoğlu nikah şahidi oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu “Ədalət və inkişaf partiyası”nın (AKP) baş məsləhətçisi Hüseyn Çəliyin oğlunun toyunda nikah şahidliyi ediblər.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əli Əkrəm Çəlik ilə Əsin Ərdalın nikah şahidliyini Rəcəb Tayyib Ərdoğan, Əhməd Davudoğlu, 11-ci prezident Abdulla Gül Diyanət işləri başqanı Mehmət Görməz edib.