Rumıniya bu ilin aprelində Rusiya qazınan imtina etməyə hazırlaşır.
Bu barədə “Economica” portalı xəbər yayıb.
Portal Rumıniyanın Energetik Tənzimləmə Agentliyinin başçısı Nikolay Xavriletsin sözlərinə istinadla bildirir ki, bir neçə on illiklər ərzində ilk dəfə olaraq, ölkədə təbii qazın idxalından imtinaya və əhalinin ehtiyaclarını bütünlüklə daxili resurslar hesabına ödəməyə nail olunub.
Bu, enerji effektliliyinin gücləndirilməsi və ölkə sənayesinin qaz istehlakı səviyyəsinin aşağı salınması hesabına mümkün olub.
Hazırda Rumıniya ildə 10-11 milyard kub metr qaz sərf edir ki, onun da 400 milyon kub metri Rusiyadan daxil olur. Yerdə qalan həcm ölkə ərazisində, əsasən iki kompaniya - “Petrom” və “Romgaz” tərəfindən hasil edilir.
