|
DiKaprio sevgilisi ilə partidə

Leonardo DiKaprio ayrılma xəbəri yayılan 21 yaşlı sevgilisi Kamila Morrone ilə Yeni il partisinə qatılıb. 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük amerikalı aktyor Seta Makfarleynin Beverli-Hillsdəki gecəsində görüntülənib. 
Gecə üçün casual stilini seçən Leo başına da babaq qoyub. sevgilisi isə partiyə parıltılı qısa geyimdə gəlib. 

Bir neçə aydır eşq yaşayan Leo və Kamila gecədə bir-birinin yanından ayrılmayıblar. Partinin qonaqları arasında Tara Rid, Maykl Cordan, Lori Laflin də yer alıblar.