|
PA rəsmisi: Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlərin sayı azalır

Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə edilən şikayətlərin sayında azalma müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov deyib.

O qeyd edib ki, Azərbaycan Avropa Məhkəməsində öz maraqlarını, mövqeyini lazımi qaydada müdafiə edir.

Ç.Əsgərov əlavə edib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasında hər şey qaydasındadır. Onun sözlərinə görə, bununla