|
Dövlət qurumunun normativ aktları ilə bağlı qaydalar təsdiqlənib

Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydasının təsdiq edilməsi barədə qərar qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası” təsdiq edilib.