|
Venesuelada yanacaq doldurma məntəqəsində partlayış baş verib

Venesuelada yanacaq (qaz) doldurma məntəqəsində partlayış qeydə alınıb. Trend-in məlumatına görə, hadisə Miranda ştatında baş verib.

Məntəqə PDVSA dövlət neftqaz şirkətinə məxsusdur. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.

 

Hadisə yerində yanğınsöndürənlər çalışır.