|
Hamiləliyini öyrənəndən bir gün sonra uşağı oldu

Amerikada Amanda Francis adlı qadın hamilə olduğunu öyrəndikdən 24 saat sonra uşağını dünyaya gətirib.

26 yaşlı Amanda menustrasiyası gecikdiyi üçün 5 ayda 6 dəfə hamiləlik testindən keçib. Onlardan hamısının nəticəsi neqativ olduğu üçün qadın heç narahat olmayıb. Hamiləliyindən xəbərsiz işdə hamıdan çox işləyən, 8 aylıq hamilə ikən qayaya dırmaşan və hətta nərdivanlardan yıxılan Amanda, sadəcə, özünü bir qədər şişkin hiss edirdi. Gənc ana hissləri barədə aşağıdakıları dedi: “Uşaq doğmaqdan qorxurdum. Amma hər zaman uşaq sahibi olmaq istəyirdim. Hamilə olduğumu öyrəndiyim zaman şok oldum. Bu qədər ani inkişaf edəcəyi ağlımın ucundan da keçməzdi”.

Ənənəvi həkim yoxlamasına gedəndə qan testindən keçən Amandaya 9 aylıq hamilə olduğu söyləndi. Hamiləliyin şoku bəs etmirmiş kimi, 24 saat sonra doğum sancıları başladı. Uşağını itirdiyini düşünən qadın xəstəxanaya getdiyi zaman ultrason müayinəyə salınıb. Qadın özünü pis xəbər eşitməyə hazırlasa da, ona doğumun başladığı bildirilib. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpənin cinsiyyəti oğlan olub.