|
Müəllim ailələri Novruzu qeyd edə bilmədi - SƏBƏB

Sabirabad  rayonunda müəllim ailələri Novruzu qeyd edə bilməyiblər.

Bu barədə Avropa.info-ya rayonun müəllimləri məlumat verib. 
Müəllimlərin dediyinə görə, hər il Novruz öncəsi mart ayının əmək haqları verilirdi. Bu il isə əmək haqları  bankomatlara oturdulmayıb. 
"Rayonun Təhsil şöbəsi də  baş verənlərə aydınlıq gətirə bilmir. Öncəki illərdə əmək haqlarımız öncədən verilirdi. Bu il isə verilmədi. Bu səbəbdən də, ailələrimiz Novruzu qeyd edə bilmir."
Qeyd edək ki, eyni hal bir çox rayonlarda müşahidə edilib.
Cia.az-a verilən məlumata görə Ağdam, Bərdə, Yevlax və digər rayonlarda müəllim ailələri bayramı qeyd edə bilməyiblər. Ağdam müəllimlərindən biri vəziyyəti bu cür şərh edir: "Bütün sahələrin pulları verildi, bizimkindən başqa. Bu il bayram keçirə bilmədik. Əlimizdə olanı da banklara verdik. Maaşın verilməməsi bütün planlarımızı alt üst etdi!"