|
Burakdan Fahriyeyə 1 milyonluq hədiyyə

Hamiləliyinin 5-ci ayında olan aktrisa Fahriye Evcenə həyat yoldaşı Burak Özçivit bahalı hədiyyə alıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu, 1 milyon lirə (təxminən 320 min AZN) dəyərində olan lüks avtomobildir. 

Cütlük yeni avtomobili ilə ötən gün restoranlardan birində çıxarkən görüntülənib. Onlar maşına minərək ərazini tərk ediblər.