|
Beyləqanda yanğında bir nəfər xəsarət alıb

Beyləqanda 2 otaqlı ev yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Əlinəzərli kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

 

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.