|
Azərbaycanda işdən çıxarılan baş nazir müavini intihar etdi

Bu ilin iyun ayının 21-də vəzifəsindən uzaqlaşdırlan Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Asəf Məmmədov intihar edib.

CİA.AZ xəbər verir ki, bu barədə Azpolitika.infosaytı məlumat yayıb.

Bildirilir ki, Asəf Məmmədov dekabrın 7-də evində özünü asaraq həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.