|
Cənubi Sendviç adalarında 7.3 bal gücündə zəlzələ baş verib

Atlantik okeanda Cənubi Sendviç adalar qrupunun sahillərində 7.3 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, zəlzələnin episentri Bristol adasından 61 km şimal-şərqdə, ocağı isə 176 km dərinlikdə yerləşib.

 

Sunami haqqında məlumat daxil olmayıb.