|
Ekologiya və təbii sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

Trend-in məlumatına görə, görüş zamanı Azərbaycanla Türkiyə arasında ətraf mühit, meşələrin mühafizəsi, balıqçılıq, hidrometeorologiya və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib