|
Lerikdə zəlzələ olub

Lerik rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10:52:37-də Lənkəran stansiyasından 23 km şimal-qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.

 

Maqnitudası 3, dərinliyi 14 km olan zəlzələ hiss edilməyib.