|
Bakıda yanğında 1 nəfər tüstüdən zəhərlənib

FHN-dən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb.

 

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.