|
İstanbulda fabrik yanır

Türkiyədə İstanbul vilayətinin Maltepe rayonunda platik məmulatları istehsalı fabrikində yanğın baş verib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, yanğın səhər 05:30-da başlayıb. Qeyd olunur ki, alışma binanın birinci mərtəbəsində başlayıb və daha sonra üst mərtəbələrə yayılıb.

 

Yanğının səbəbləri hələlik məlum deyil, hadisə yerində yanğınsöndürənlər çalışır.