|
Hindistanda ağır yol qəzası olub: 11 ölü, 4 yaralı

Hindistanın qərbində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, Çandrapur şəhərində (Maxaraşta ştatı) yük maşının furqon tipli avtomobillə toqquşması nəticəsində 11 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

 

Bildirilir ki, yük maşının sürücüsü hadisə yerindən qaçıb.

Yol qəzasının digər təfərrüatları araşdırılır.