|
La Liqada noyabrın ən yaxşı futbolçusu
İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. 

Qol.az-ın xəbərinə görə,  "Marca"nın azarkeşlər arasında apardığı sorğunun nəticəsinə əsasən "Real"ın hücumçusu Kərim Benzema hamını qabaqlayıb.
 

Fransalı futbolçu ötən ay meydana çıxdığı 4 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Ümumilikdə isə Benzema bu mövsüm 21 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə idib.