|
“Nitsa” Balotelli ilə bağlı qərarını verdi
Fransanın "Nitsa" klubu mövsümün sonunda müqaviləsi başa çatacaq Mario Balotelli ilə sözləşməni uzatmayacaq.
Qol.az-ın xəbərinə görə, bu barədə klub prezident Jan-Pyer Rivere Fransa mətbuatına açıqlamasında məlumat verib. O, italiyalı hücumçunun mövsümün sonunda komandadan ayrılacağını bildirib.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2016-cı ildə "Liverpul"dan "Nitsa"ya keçib.