İspaniyanın "Sevilya” klubu satıla bilər.
Qol.az-ın "Cadena COPE” radiosuna istinadən yaydığı xəbərə görə, çinli investorlar klubu 300 milyon avroya almaq istəyir. Yaxın günlərdə tərəflər arasında müqavilə bağlanılacağı gözlənilir.
Qeyd edək ki, 1890-cı ildə təsis olunmuş "Sevilya” Avropa Liqasının beşqat qalibidir.
