|
Nazirdən bayram sovqatı

Təhsil Nazirliyi bu il də məcburi köçkün ailələri ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, bu dəfəki görüş Qurban bayramı və 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar keçirilib. Nazirliyin nümayəndələri bayram münasibətilə 1250 kəlbəcərli köçkün ailələrinə hədiyyələr paylayıb.

Qeyd edək ki, Təhsil Nazirliyi belə tədbirləri hər il keçirir. Bu dəfə isə nazirliyin nümayəndələri Göygöl rayonunda müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün ailələri ilə görüşüblər.