AXCP üzvü Fərzalı İmanlı partiyadan istefa verdiyini açıqlayıb.
Facebookda yazdığı statusunda Fərzalı İmanlı partiyadan iyrəndiyini yazıb.
"Mən uzun müddət AXCP üzvü olsam da daxildə aparılan çirkin oyunlar nəticəsində partiyadan iyrəndim və səbəb olaraq bu qənaətə gəldim. Bundan sonra da siyasi fəaliyyət göstərmək, partiya üzvü olmaq niyyətim yoxdur. Bu səbəbdən şəxsən AXCP üzvlüyündən istefa verdiyimi bildirirəm.Artıq siyasətdən ayrıldım və bundan sonra heç bir partiyanın üzvü olmayacağam.” Xahiş edirəm fikrimə hörmətlə yanaşıb artıq ifadələr işlətməyin !"
Qeyd edək ki, Fərzalı İmanlı AXCP Saatlı rayon şöbəsinin aktiv üzvlərindən idi.(avropa.info)
