Türkiyə kubokunda 1/16 final mərhələsinə start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə 6 qarşılaşma keçirilib. Səfərdə “Sivas Belediye Spor”un qonağı olan “Trabzonspor” aşağı dəstə müqavimətini qırabilməyib – 2:2.
Günün ən bol qollu oyunu isə “Alanyaspor” və “Kahramanmaraşspor” komandaları arasında olub. Bu görüşdə Superliqa təmsilçisi qonaqları 7:2 hesabı ilə məğlub edib.
Ümumilikdə isə 6 oyunda qapılara 25 qol vurulub.
Qeyd edək ki, bu mərhələnin digər oyunları bu gün və sabah keçiriləcək. Cavab matçları isə dekabrın 18, 19 və 20-də oynanılacaq.
Türkiyə kuboku, 1/16 final mərhələsi, ilk oyunlar
4 dekabr
"Sivas Belediyespor" - "Trabzonspor" - 2:2
"Gənclərbirliyi" - "Hatayspor" - 2:1
"Nazilli Belediyespor - "Göztepe" - 0:3
"Antalyaspor" -"Darıca Gənclərbirliyi" - 2:2
"Alanyaspor" - "Kahramanmaraşspor" - 7:2
Rizespor 0 - 2 Balikesirspor
