|
"Kurtlar Vadisi"ndə Azərbaycan mahnısı-VİDEO

Kanal D-də yayımlanan "Kurtlar Vadisi Pusu" serialının son seriyasında Azərbaycan mahnısı səsləndirilib.
251-ci hissənin sonunda xalq artisti Əlibaba Məmmədovun bəstəsi olan "Dəşti təsnifi" ("Şeirə, qəzələ") oxunub. 
Türk ifaçıların tez-tez müraciət etdiyi bu əsər Azərbaycan tamaşaçıları tərəfindən maraqla qarşılanaraq sosial şəbəkələrdə müzakirə edilib.
Həmin səhnəni təqdim edirik.

(Axşam.az)