|
Kolumbiya sahilərində 5,6 bal gücündə zəlzələ olub

Kolumbiya sahillərində 5,6 bal gücündə zəlzələ olub.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri San_Andres şəhərindən 97,4 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.