2018-ci ilin oktyabr ayında sentyabr ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,5 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,9 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,0 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində balıq və digər balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri sabit qalıb.
